11 iyul 2026. Şənbə

“Milan” Xavi ilə danışıqlara başlayıb


“Milan” Xavi ilə danışıqlara başlayıb

“Milan” klubu yenidənqurma prosesinə başlayıb – mövsümün sonundakı uğursuzluq və Çempionlar Liqasına vəsiqə qazana bilməməsindən sonra klub baş məşqçi Massimiliano Alleqri ilə yanaşı bir neçə direktoru da vəzifəsindən azad edib.

90deqiqe.Az xəbər verir ki, “rossoneri” rəhbərliyinin müşaviri olan Zlatan İbrahimoviç Xavi ilə əlaqə saxlayaraq “Milan”da baş məşqçi işi ilə bağlı maraqlanıb. Lakin hazırda ispan mütəxəssis əsas prioritet variant sayılmır. 

Klubun əsas namizədi kimi isə Andoni İraola göstərilir. O, “Bornmut”u tarixində ilk dəfə Avropa turnirlərinə çıxarıb və daha sonra komandadan ayrılıb.

Qeyd edək ki, Xavi “Barselona”dan ayrıldıqdan sonra iki mövsümdür məşqçilik fəaliyyəti göstərmir.







İtaliya S.A.

Kənan Yıldız əməliyyat oluna bilər
  • İtaliya S.A.
  • 23:09 10.07.2026
Kənan Yıldız əməliyyat oluna bilər
Menyan "Çelsi"yə keçə bilər
  • İtaliya S.A.
  • 22:59 03.07.2026
Menyan "Çelsi"yə keçə bilər