- İtaliya S.A.
- 23:33 26.05.2026
“Komо”nun yarımmüdafiəçisi Nikola Pas klubda daha 1 mövsüm qalmaq istəyir.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marçio “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.
"Real Madrid" tərəfindən transfer olunacağı ehtimal edilən argentinalı ulduz Sesk Fabreqasın rəhbərliyi altında qalmaq və hazırkı komandası ilə Çempionlar Liqası oyunlarında iştirak etmək istəyini bildirib.
Daha əvvəl qeyd olunduğu kimi, yekun qərar Madrid “Real”ına məxsusdur. Argentinalı futbolçu “ağ-göylər”lə 2028-ci ilə qədər müqavilə imzalayıb, lakin “Real” müqaviləyə üç geri satınalma opsiyası daxil edib.
Birinci opsiya 8 milyon avro dəyərində olub və 2025-ci ilin yayında qüvvədən düşüb. Növbəti 2 həftə ərzində Madrid klubunun 9 milyon avroya geri alma imkanı var, gələn il isə bu məbləğ 10 milyon avroya yüksələcək.
“Komо” ümid edir ki, İspaniya klubunda keçiriləcək prezident seçkiləri səbəbindən “Real”ın qərarı gecikəcək və bu müddətdə 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalan Pas komandada qalacaq.