12 iyul 2026. Bazar günü

“Onun getmək üçün səbəbi yoxdur”


“Onun getmək üçün səbəbi yoxdur”

“İnter”in prezidenti Cüzeppe Marotta italyan müdafiəçi Alessandro Bastoninin “Barselona”ya mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

90deqiqe.Az-ın “DAZN"a istinadən məlumatına görə, funksioner qeyd edib ki, Milan klubunda futbolçular yalnız maddi qazanc məqsədilə satılmır.Onun sözlərinə görə, əgər kimsə “İnter”dən ayrılırsa, bu yalnız futbolçunun şəxsi istəyi ilə baş verir.

“Bastoni belə bir istək göstərməyib. O, komandamızdakı mövqeyindən məmnundur. Onun getməsi üçün heç bir səbəb yoxdur. Ümid edirəm ki, Alessandro uzun müddət bizimlə qalacaq”, – deyə Marotta bildirib.

Xatırladaq ki, mətbuatda Alessandro Bastoninin yay transfer dövründə “Barselona” və ya Madrid “Real”ına keçə biləcəyi ilə bağlı iddialar yayılmışdı.







İtaliya S.A.

"Meydanda aqressiv futbol oynayıram"
  • İtaliya S.A.
  • 22:48 11.07.2026
"Meydanda aqressiv futbol oynayıram"
Kənan Yıldız əməliyyat oluna bilər
  • İtaliya S.A.
  • 23:09 10.07.2026
Kənan Yıldız əməliyyat oluna bilər