14 iyul 2026. Çərşənbə axşamı

Tedesko “Bolonya”nı çalışdıra bilər


Tedesko “Bolonya”nı çalışdıra bilər

Belçika millisinin sabiq baş məşqçisi Domeniko Tedesko İtaliya A Seriyasında klub çalışdıra bilər.

90deqiqe.Az-ın məlumatına görə, hazırda Tedesko “Bolonya” ilə danışıqlar aparır. Bildirilir ki, İtaliya klubu məşqçiyə 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə təklif edib.

“Bolonya” daha əvvəl Daniele De Rossi və Rafaele Palladino ilə də maraqlanıb, lakin hər iki mütəxəssisdən imtina cavabı alıb.

Tedesko son olaraq Türkiyənin “Fənərbağça” klubunda çalışıb və aprel ayında bu vəzifədən ayrılıb.

İtaliya çempionatının ötən mövsümündə “Bolonya” 8-ci yeri tutaraq avrokuboklara vəsiqə qazana bilməyib. Komanda 7-ci pillədəki mövqedən cəmi 3 xal geri qalıb.







İtaliya S.A.

"Meydanda aqressiv futbol oynayıram"
  • İtaliya S.A.
  • 22:48 11.07.2026
"Meydanda aqressiv futbol oynayıram"
Kənan Yıldız əməliyyat oluna bilər
  • İtaliya S.A.
  • 23:09 10.07.2026
Kənan Yıldız əməliyyat oluna bilər