14 iyul 2026. Çərşənbə axşamı

“Milan" gec-tez yenidən dirçələcək”


“Milan" gec-tez yenidən dirçələcək”

Fransalı qapıçı Mayk Menyan “Milan”ın mövsümü necə başa vurmasından narazı olduğunu gizlətməyib.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli qolkiper bu barədə şəxsi sosial şəbəkə hesabında yazıb.

“Daha bir mövsüm ki, qarşıya qoyulan məqsədlərə çata bilmədik. Təəssüf ki. “Milan” azarkeşlərinə dəstəyə görə təşəkkür edirəm. Kədər bizim peşəmizin bir hissəsidir. Amma gec-tez “Milan” yenidən dirçələcək”, – deyə qapıçı qeyd edib.

Əsas sual isə klubun bu dirçəlişə onunla birlikdə, yoxsa onsuz başlayacağıdır. Menyan tez-tez klubun ən dəyərli oyunçularından biri kimi göstərilir və onun İngiltərə Premyer Liqasına transferi barədə şayiələr yayılır.

Qeyd edək ki, klub son anda Çempionlar Liqasına vəsiqəni əldən verib.







İtaliya S.A.

"Meydanda aqressiv futbol oynayıram"
  • İtaliya S.A.
  • 22:48 11.07.2026
"Meydanda aqressiv futbol oynayıram"
Kənan Yıldız əməliyyat oluna bilər
  • İtaliya S.A.
  • 23:09 10.07.2026
Kənan Yıldız əməliyyat oluna bilər