14 iyul 2026. Çərşənbə axşamı

“Sevdiyim klub “Mançester Yunayted”dir”


“Sevdiyim klub “Mançester Yunayted”dir”

“Milan”ın hücumçusu Rafael Leau İngiltərə Premyer Liqasında hansı komandaya azarkeşlik etdiyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, 26 yaşlı futbolçu İngiltərə çempionatını izlədiyini və “qırmızı şeytanlar”a simpatiya bəslədiyini bildirib.

“Mançester Yunayted”i bəyənirəm, çünki orada mənim kumirim – Kriştianu Ronaldu çıxış edib”, – deyə Leau “UtdReport”a istinadən bildirib.

Son illərdə portuqaliyalı hücumçunun müxtəlif top klublara, o cümlədən “Mançester Yunayted”ə keçidi ilə bağlı şayiələr yayılıb, lakin bu iddialar konkret nəticə verməyib.

Qeyd edək ki, “Milan”ın futbolçusu Portuqaliya millisinin 2026-cı il dünya çempionatı üçün açıqlanan heyətinə daxil edilib. Onun kumiri Kriştianu Ronaldu da həmin siyahıda yer alıb.







İtaliya S.A.

"Meydanda aqressiv futbol oynayıram"
  • İtaliya S.A.
  • 22:48 11.07.2026
"Meydanda aqressiv futbol oynayıram"
Kənan Yıldız əməliyyat oluna bilər
  • İtaliya S.A.
  • 23:09 10.07.2026
Kənan Yıldız əməliyyat oluna bilər