- İtaliya S.A.
- 21:15 30.05.2026
İtaliyanın “Roma” klubunun hücumçusu Stefan Əl-Şəravi subaylığın daşını atıb.
90deqiqe.Az xəbər verir ki, 33 yaşlı futbolçu uzun müddətdir münasibətdə olduğu jurnalist Ludovika Paqani ilə ailə həyatı qurub.
Nikah mərasimi Romanın mərkəzində, Kolizeyin yaxınlığında yerləşən Santa-Mariya-in-Tempulo kilsəsində baş tutub. Təntənəli toy mərasiminin isə iyun ayında keçirilməsi planlaşdırılır.
“Artıq ər və arvadıq, iyundakı bayramı səbirsizliklə gözləyirik”, – deyə cütlük sosial şəbəkə hesablarında paylaşım edib.
Qeyd edək ki, Stefan Əl-Şəravi və Ludovika Paqani altı ildir birlikdədirlər. Cütlük nikah mərasimində məşhur zərgərlik evinin üzüklərini seçib. Gəlin isə tanınmış moda evinə məxsus gəlinlik geyinib.
Ludovika Paqani fəaliyyətə idman jurnalisti kimi başlayıb. Milan Dövlət Universitetində iqtisadiyyat və idarəetmə ixtisası üzrə təhsil aldıqdan sonra internet layihələri ilə tanınıb. O, öz müəllifi olduğu proqramda idman və şou-biznes dünyasının tanınmış simaları ilə müsahibələr aparır.