1 iyun 2026. Bazar ertəsi

Alleqri “Milan”dan 14 milyon avro tələb edir


Alleqri “Milan”dan 14 milyon avro tələb edir

“Milan”la Massimiliano Alleqri arasında ayrılıq prosesinin gözlənildiyi qədər sakit keçməyəcəyi bildirilir.

90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis klubdan təzminat tələb etmək niyyətindədir və bu məqsədlə məhkəməyə müraciət etməyə də hazırdır.

Alleqri məhz bu səbəbdən hələlik “Napoli” ilə müqavilə imzalaya bilmir. Çünki yeni klubla rəsmi razılaşma əldə etməsi “Milan”la mövcud anlaşmanın pozulması kimi qiymətləndirilə və onun təzminat tələb etmək hüququnu zəiflədə bilər.

İddialara əsasən, Alleqri klubdan 14 milyon avro məbləğində kompensasiya tələb edir. Məşqçinin hüquqşünasları hesab edirlər ki, ona təkcə maliyyə baxımından deyil, həm də peşəkar nüfuzu baxımından zərər dəyib və tələb olunan məbləğ hər iki itkini əhatə edir.

Digər tərəfdən, “Milan”ın sahibi Cerri Kardinale Alleqriyə cəmi 500 min avro təzminat təklif edib.

Tərəflər arasında danışıqların davam etdiyi və məsələnin məhkəmə müstəvisinə keçə biləcəyi bildirilir.







İtaliya S.A.

“Onun getmək üçün səbəbi yoxdur”
  • İtaliya S.A.
  • 15:20 28.05.2026
“Onun getmək üçün səbəbi yoxdur”
Nikola Pas “Komо”da qalmaq istəyir
  • İtaliya S.A.
  • 23:33 26.05.2026
Nikola Pas “Komо”da qalmaq istəyir