16 iyul 2026. Cümə axşamı

“Alleqrinin gedişinə görə çox məyusam”


“Alleqrinin gedişinə görə çox məyusam”

İtaliyanın “Milan” klubunun sabiq qapıçısı Kristian Abbiati komandanın mümkün yeni baş məşqçisi ilə bağlı sualı cavablandırıb.

90deqiqe.Az xəbər verir ki, o, Massimiliano Alleqrinin istefasından məyus olduğunu və uyğun namizəd seçməkdə çətinlik çəkdiyini bildirib.

“Alleqrinin ilk tərəfdarlarından və azarkeşlərindən biri idim, indi isə kimə üstünlük verəcəyimi bilmirəm. Ümid edirəm ki, ən azı iki-üç il işləyə biləcək mütəxəssis seçiləcək. Mənim vaxtımda klub daha sabit və güclü idi – Berluskoninin və Qallianinin dövründə. Bunu dəqiq deyə bilərəm”, – deyə Abbiati bildirib.

Qeyd edək ki, “Milan” mövsümü A Seriyasında 5-ci pillədə başa vurub.







İtaliya S.A.

"Meydanda aqressiv futbol oynayıram"
  • İtaliya S.A.
  • 22:48 11.07.2026
"Meydanda aqressiv futbol oynayıram"
Kənan Yıldız əməliyyat oluna bilər
  • İtaliya S.A.
  • 23:09 10.07.2026
Kənan Yıldız əməliyyat oluna bilər