2 iyun 2026. Çərşənbə axşamı

“İbrahimoviçin işini qiymətləndirmək üçün hələ tezdir”


“İbrahimoviçin işini qiymətləndirmək üçün hələ tezdir”

İtaliyanın “Milan” klubunun sabiq futbolçusu Alessandro Florensi Zlatan İbrahimoviçin klubdakı fəaliyyətini dəyərləndirib.

90deqiqe.Az xəbər verir ki, o, futbolçu karyerasını başa vurduqdan sonra “rossoneri”də inzibati vəzifə alan isveçli mütəxəssisin işini qiymətləndirmək üçün hələ tez olduğunu bildirib.

“Onun meydanda işlərin necə olduğunu bildiyi, kollektiv yaratmağı və onu birləşdirməyi bacardığı məlumdur. Qalib komanda formalaşdırmağı da bilir. Lakin onun bilik və metodlarının nə dərəcədə doğru olduğunu yalnız zaman göstərəcək”, – deyə Florensi qeyd edib.

Qeyd edək ki, “Milan” ötən mövsüm İtaliya A Seriyasını 5-ci pillədə tamamlayıb.







İtaliya S.A.

“Onun getmək üçün səbəbi yoxdur”
  • İtaliya S.A.
  • 15:20 28.05.2026
“Onun getmək üçün səbəbi yoxdur”