2 iyun 2026. Çərşənbə axşamı

"Roma" idman direktoru ilə yollarını ayırdı


"Roma" idman direktoru ilə yollarını ayırdı

İtaliyanın "Roma" klubu idman direktoru Federiko Massaranın vəzifəsindən ayrıldığını rəsmən açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, Massara ilə komandanın yeni baş məşqçisi Can Pyero Qasperini arasında fikir ayrılıqları yaranıb. Klub rəhbərliyi komandanın formalaşdırılması ilə bağlı geniş səlahiyyətləri məhz Qasperiniyə həvalə edib və təcrübəli mütəxəssis mövcud şəraitdə Massara ilə əməkdaşlığı davam etdirməyi məqsədəuyğun hesab etməyib.

Hələlik Federiko Massaranın yerinə kimin təyin olunacağı açıqlanmayıb.

Qeyd edək ki, tərəflərin yollarını ayıracağı ilə bağlı məlumatlar bir müddətdir yerli mətbuatda müzakirə olunurdu.

Xatırladaq ki, "Roma" ötən mövsümü İtaliya çempionatında dördüncü pillədə başa vurub. Paytaxt təmsilçisi "Milan" və "Yuventus"un xal itkilərindən yararlanaraq növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.







İtaliya S.A.

“Onun getmək üçün səbəbi yoxdur”
  • İtaliya S.A.
  • 15:20 28.05.2026
“Onun getmək üçün səbəbi yoxdur”