- İtaliya S.A.
- 23:22 02.06.2026
İtaliyanın “Bolonya” klubu baş məşqçi postuna yeni təyinatı rəsmiləşdirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, A Seriyası təmsilçisinin sükanı arxasına Domeniko Tedeskonu gətirilib.
Tərəflər arasında 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Rəhbərlik yeni baş məşqçidən komandanın həm ölkə çempionatında, həm də avrokuboklarda uğurlu çıxışını davam etdirməsini gözləyir.
Qeyd edək ki, Domeniko Tedesko son olaraq Türkiyənin “Fənərbağça” klubunda çalışıb. O, karyerası ərzində müxtəlif Avropa komandalarında və milli yığmalarda da baş məşqçi kimi fəaliyyət göstərib.