- İtaliya S.A.
- 23:38 02.06.2026
“Yuventus”un hücumçusu Kənan Yıldız İtaliya klubuna keçidi və burada öz izini qoymaq arzusu barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, jurnalist Nikolo Şkira gənc futbolçunun dediklərini belə çatdırıb.
“Mən “Yuventus”da həqiqi iz qoymaq və burada öz tariximi yazmaq istəyirəm. “Yuventus”u seçərkən bu, sadəcə peşəkar qərar deyildi, həm də etimad məsələsi idi. Hiss etdim ki, bu komanda mənə aydın inkişaf yolu təqdim edəcək.
Klub mənim potensialıma inandı və addım-addım inkişaf etməyim üçün şərait yaratdı. Gənc futbolçu üçün ən vacib məqamlardan biri ona etibar edilməsidir. “Yuventus” ilk gündən mənə bu hissi yaşadıb”, – deyə Yıldız bildirib.
Qeyd edək ki, Kənan Yıldız 2022-ci ilin yayında Almaniya təmsilçisi “Bavariya”dan azad agent kimi “Yuventus”a keçib. Futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti həmin ilin iyul ayında başa çatıb və tərəflər yeni razılaşma əldə edə bilməyiblər.
Yıldızın transferi uğrunda “Barselona” və “Yuventus” mübarizə aparıb. İyulun 12-də isə Turin təmsilçisi onun heyətə cəlb olunduğunu rəsmən açıqlayıb.