- İtaliya S.A.
- 23:38 02.06.2026
İtaliyanın “Milan” klubu yay hazırlıq planını artıq müəyyənləşdirib.
90deqiqe.Az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" nəşri məlumat yayıb.
Plana əsasən, Milan təmsilçisi yay hazırlığı çərçivəsində Şotlandiyanın “Seltik” klubu ilə yoldaşlıq oyunu keçirəcək. Görüş 26 iyul tarixində Qlazqoda baş tutacaq.
Bundan əlavə, “Milan”ın Avstraliyaya 8-9 günlük səfəri də nəzərdə tutulur. Komandanın bu səfəri həm idman, həm də kommersiya baxımından əhəmiyyətli hesab olunur. Klub Qərbi Avstraliyanın Pert şəhərində məşqlər keçəcək.
Səfər çərçivəsində “Milan” digər Milan təmsilçisi “İnter”lə də yoldaşlıq matçında üz-üzə gələcək. Həmin qarşılaşmanın 5 avqustda keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, İtaliya klubu ötən mövsümü A Seriyasında 5-ci pillədə başa vurub.