- İtaliya S.A.
- 22:51 04.06.2026
“Yuventus”un idman direktoru Corco Kyellini serbiyalı hücumçu Duşan Vlahoviçin İtaliyanı tərk edəcəyinə əmin olduğunu bildirib.
90deqiqe.Az xəbər verir ki, bu barədə o, yerli mətbuata açıqlamasında danışıb.
Kyellininin sözlərinə görə, buna səbəb futbolçunun yüksək maliyyə tələbləridir. O qeyd edib ki, Vlahoviçin istədiyi məvacibi nə “Yuventus”, nə də İtaliyanın digər klubları qarşılaya bilər.
“Mən onun gedişinə görə çox üzülürəm. Son ana qədər qalacağına ümid edirdim. O, ciddi və peşəkar insandır. Düşünürəm ki, İtaliyanı tərk edəcək. Burada mümkün olmayan məvacib təklif edə biləcək klub axtarır”, - deyə Kyellini bildirib.
Qeyd edək ki, Duşan Vlahoviç 2022-ci ildən Turin təmsilçisinin formasını geyinir.