20 iyul 2026. Bazar ertəsi

Vlahoviçin yüksək maaş istəyi "Yuventus"la yollarını ayırdı


Vlahoviçin yüksək maaş istəyi "Yuventus"la yollarını ayırdı

"Yuventus"un hücumçusu Duşan Vlahoviç yeni müqavilə ilə bağlı danışıqların uğursuzluqla nəticələnməsindən sonra klubdan ayrılmağa yaxındır.

90deqiqe.Az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, tərəflər arasında fikir ayrılığına səbəb olan əsas məqamlardan biri serbiyalı futbolçunun maliyyə tələbləri olub. Vlahoviç danışıqlar zamanı komanda yoldaşı Conatan Devidlə eyni məvacibi niyə almalı olduğunu soruşub. Bu isə Turin klubunun rəhbərliyinin narazılığına səbəb olub.

Qeyd olunur ki, "Yuventus" hücumçuya illik təxminən altı milyon avro maaş və əlavə mükafatlar nəzərdə tutan müqavilə təklif edib. Lakin futbolçu mövsümə görə səkkiz milyon avro qazanmaq istəyib.

Daha əvvəl klubun direktoru Corco Kyellini tərəflərin əməkdaşlığın uzadılması ilə bağlı razılığa gələ bilmədiyini təsdiqləmişdi.

Məlumata görə, Duşan Vlahoviç bu yay "Yuventus"u tərk edəcək.







İtaliya S.A.

"Meydanda aqressiv futbol oynayıram"
  • İtaliya S.A.
  • 22:48 11.07.2026
"Meydanda aqressiv futbol oynayıram"
Kənan Yıldız əməliyyat oluna bilər
  • İtaliya S.A.
  • 23:09 10.07.2026
Kənan Yıldız əməliyyat oluna bilər