- İtaliya S.A.
- 22:51 04.06.2026
"Napoli"nin baş məşqçisi Antonio Konte klubdan ayrılıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə Neapol təmsilçisinin mətbuat xidməti rəsmi məlumat yayıb.
Məlumata görə, tərəflər mövcud müqavilənin müddəti bitmədən əməkdaşlığın qarşılıqlı razılıq əsasında dayandırılması barədə qərar qəbul ediblər. Konte ilə birlikdə onun məşqçilər korpusu da klubdan ayrılıb.
Klub rəhbərliyi Antonio Konte və köməkçilərinə gördükləri işə görə təşəkkür edib və onlara gələcək karyeralarında uğurlar arzulayıb.
İtaliyalı mütəxəssis "Napoli"yə iki mövsüm rəhbərlik edib. Bu müddətdə komanda 2024/25 mövsümündə İtaliya çempionluğunu və həmin ilin dekabrında ölkə Superkubokunu qazanıb.
Qeyd edək ki, "Napoli" ötən mövsüm İtaliya A Seriyasını ikinci pillədə başa vurub.