5 iyun 2026. Cümə

“Sassuolo” baş məşqçi ilə yollarını ayırdı


“Sassuolo” baş məşqçi ilə yollarını ayırdı

"Sassuolo”nun baş məşqçisi Fabio Qrosso vəzifəsini tərk edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, iki mövsüm ərzində komandanı A Seriyasına yüksəldən italiyalı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verilib.

Klub rəhbərliyi Fabio Qrosso və onun məşqçilər heyətinə peşəkar fəaliyyətlərinə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.

Qeyd olunur ki, Qrosso artıq işsiz hesab edilsə də, yaxın vaxtlarda “Fiorentina” ilə müqavilə imzalaya bilər.

İtaliyalı mütəxəssis daha əvvəl “Lion”, “Syon” və bir sıra İtaliya klublarında, o cümlədən “Yuventus”un gənclər komandasında çalışıb. Futbolçu karyerasında isə 2006-cı il dünya çempionu olub.







İtaliya S.A.

Konte "Napoli"dən ayrıldı
  • İtaliya S.A.
  • 22:51 04.06.2026
Konte "Napoli"dən ayrıldı