6 iyun 2026. Şənbə

“Fiorentina” Paolo Vanoli ilə yollarını ayırdı


“Fiorentina” Paolo Vanoli ilə yollarını ayırdı

İtaliyanın “Fiorentina” klubu baş məşqçi Paolo Vanoli ilə yollarını ayırıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Vanoli 2025-ci ilin noyabrında “Fiorentina”nın sükanı arxasına keçmiş, həmin vaxt istefaya göndərilən Stefano Piolini əvəzləmişdi. Onun gəlişi ilə komanda ciddi nəticə böhranından çıxaraq A Seriyasında qalmağı bacarmışdı.

Qeyd edək ki, Vanolinin rəhbərliyi altında Florensiya təmsilçisi mövsümün ilk 10 turunda qələbə qazana bilməmiş, yalnız 4 xalı heç-heçələr hesabına toplamışdı. Buna baxmayaraq, “Fiorentina” İtaliya A Seriyası tarixində ilk dəfə olaraq 15 matçlıq qələbəsiz seriyadan sonra liqada qalmağı bacaran komanda kimi yadda qalıb.

Lakin əldə olunan bu nəticələrə baxmayaraq, klub rəhbərliyi mütəxəssislə uzunmüddətli müqavilə imzalamayıb və tərəflər yollarını ayırıb.

İtaliya mətbuatının məlumatına görə, “Fiorentina”nın yeni baş məşqçisi vəzifəsinə Fabio Qrosso təyin olunacaq. O, əvvəlki illərdə “Sassuolo”nu B Seriyasından A Seriyasına yüksəldib və komandanın elit divizionda möhkəmlənməsinə töhfə verib.







İtaliya S.A.

Konte "Napoli"dən ayrıldı
  • İtaliya S.A.
  • 22:51 04.06.2026
Konte "Napoli"dən ayrıldı