18 dekabr 2025. Cümə axşamı

Yuventus İnter'i zirvədən saldı


Yuventus İnter'i zirvədən saldı

İtaliya A Seriyasında 7-ci turun oyunlarına yekun vurulub.

Corner.az xəbər verir ki, turun əksər görüşləri bu günə təsadüf edib.

“Roma” bu turda “Kalyari”ylə, “Napoli” isə “Torino” ilə üz-üzə gəlib. Həm “Roma”, həm də “Napoli” bu turda xal itirib.

7-ci turun mərkəzi görüşü Milan şəhərində baş tutacaq. Lider “İnter” doğma azarkeşləri qarşısında “Yuventus”la qarşılaşıb. Turin təmsilçisi səfərdə çətin qələbə qazanaraq həm “İnter”ə ilk məğlubiyyəti yaşadıb, həm də zirvəni ələ keçirib.

Qeyd: 7-ci turun “Breşiya” – “Sassuolo” matçı “Sassuolo”nun sahibi Corcio Skuintsinin vəfatı ilə əlaqədar təxirə salınıb.

İtaliya A Seriyası
7-ci tur

5 oktyabr

SPAL – Parma 1:0
Qol: Petanya, 31.

Verona – Sampdoriya 2:0
Qol: Kumbulla, 9. Murru, 81-öz qapısına.

Cenoa – Milan 1:2
Qol: Şöne, 41 – T.Hernandes, 52. Kessye, 57.

6 oktyabr

Fiorentina – Udineze 1:0
Qol: Milenkoviç, 72.

Roma – Kalyari 1:1
Qol: Çeppitelli, 31-öz qapısına – J.Pedro, 26-pen

Atalanta – Leççe 3:1
Qol: Sapata, 35. A.Qomes, 40. Qosens, 56 – Lusioni, 86.

Bolonya – Latsio 2:2
Qol: Kreyçi, 21. Palasio, 31 – İmmobile, 23; 39.

Torino – Napoli 0:0

İnter – Yuventus 1:2
Qol: Martines, 18-pen – Dibala, 4. İquayn, 80.







İtaliya S.A.

Menyan “Milan”ı tərk etməyəcək
  • İtaliya S.A.
  • 23:58 16.12.2025
Menyan “Milan”ı tərk etməyəcək
"İtaliya üçün çox darıxıram"
  • İtaliya S.A.
  • 23:58 15.12.2025
"İtaliya üçün çox darıxıram"
“Yuventus” 3 xalı tək qolla qazandı
  • İtaliya S.A.
  • 02:57 15.12.2025
“Yuventus” 3 xalı tək qolla qazandı