6 iyun 2026. Şənbə

“Milan” Alleqrinin tələbləri ilə razılaşmır


“Milan” Alleqrinin tələbləri ilə razılaşmır

“Milan” və baş məşqçi Massimiliano Alleqri arasında müqavilənin vaxtından əvvəl ləğvi ilə bağlı danışıqlarda problem yaranıb.

90deqiqe.Az-ın “Calciomercato"ya istinadən məlumatına görə, tərəflər kompensasiya məbləği məsələsində ortaq məxrəcə gələ bilmirlər.

Məlumata görə, italiyalı mütəxəssis əməkdaşlığın dayandırılması üçün özünə 2 milyon avro, məşqçilər korpusuna isə əlavə 3 milyon avro ödənilməsini tələb edir.

Bildirilir ki, bu məbləğ ödənilsə belə, “Milan” mövcud müqavilə üzrə təxminən 16-17 milyon avro qənaət etmiş olacaq. Buna baxmayaraq, klub rəhbərliyi Alleqrinin tələblərini yüksək hesab edir və kompensasiyanın azaldılmasına çalışır.

Qeyd olunur ki, yaranmış vəziyyəti “Napoli” yaxından izləyir. Neapol təmsilçisi artıq 57 yaşlı mütəxəssislə mövsümə görə 4,5 milyon avro maaş nəzərdə tutan ikiillik müqavilənin şərtlərini razılaşdırıb.







İtaliya S.A.

"Dörd-beş ay zədə ilə oynadım"
  • İtaliya S.A.
  • 14:38 06.06.2026
"Dörd-beş ay zədə ilə oynadım"
Konte "Napoli"dən ayrıldı
  • İtaliya S.A.
  • 22:51 04.06.2026
Konte "Napoli"dən ayrıldı