- İtaliya S.A.
- 22:35 07.06.2026
“İnter”in idman direktoru Pyero Auzilio “Liverpul”un yarımmüdafiəçisi Körtis Consa olan maraq barədə yayılan xəbərlərə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, funksioner futbolçunun Milan klubunun izlədiyi oyunçular arasında olduğunu təsdiqləyib.
“Biz Körtis Consu izləyirik. O, bəyəndiyimiz futbolçulardan biridir. Bunu gizlətmirik. Hadisələrin necə inkişaf edəcəyini anlayırıq”
Qeyd edək ki, Körtis Cons “Liverpul” akademiyasının yetirməsidir. Onun klubla müqaviləsinin müddəti 2027-ci il iyunun 30-dək nəzərdə tutulub.
Yarımmüdafiəçi 2025/26 mövsümündə bütün turnirlərdə 49 oyunda meydana çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı 24 yaşlı futbolçunun transfer dəyərini 35 milyon avro qiymətləndirir.