9 iyun 2026. Çərşənbə axşamı

"Qızım sinifdə telefonsuz yeganə şagirddir"


"Qızım sinifdə telefonsuz yeganə şagirddir"

"Komo"nun baş məşqçisi Sesk Fabreqas müasir texnologiyaların uşaqların həyatına təsirindən danışıb.

90deqiqe.Az-ın məlumata görə, ispaniyalı mütəxəssis bildirib ki, uşaqlıq illərində vaxtının böyük hissəsini açıq havada keçirib və övladlarının da həmin azadlığı yaşamasını istəyir.

"Yay aylarında nənəmgildə səhərdən axşama qədər küçədə olurdum. Topun səsini eşidən kimi çölə qaçırdım. İstərdim ki, övladlarım da belə bir uşaqlıq keçirsinlər. Təəssüf ki, bu gün smartfonlar və sosial şəbəkələr hər şeyi öz təsiri altına alıb", - deyə Fabreqas bildirib.

Məşqçi 13 yaşlı qızının hələ də mobil telefondan istifadə etmədiyini vurğulayıb.

"Qızım sinifdə mobil telefonu olmayan yeganə şagirddir. Ona 16-17 yaşına qədər telefon almayacağam. Hesab edirəm ki, insanın şəxsi telefona sahib olması üçün minimum yaş həddi budur", - deyə o qeyd edib.

Qeyd edək ki, Sesk Fabreqasın rəhbərlik etdiyi "Komo" ötən mövsüm İtaliya A Seriyasında dördüncü yeri tutaraq UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.







İtaliya S.A.

"Bu məni sevindirmir"
  • İtaliya S.A.
  • 22:30 08.06.2026
"Bu məni sevindirmir"
"Zədənin əvvəlində qorxmuşdum"
  • İtaliya S.A.
  • 22:22 08.06.2026
"Zədənin əvvəlində qorxmuşdum"
"Dörd-beş ay zədə ilə oynadım"
  • İtaliya S.A.
  • 14:38 06.06.2026
"Dörd-beş ay zədə ilə oynadım"