9 iyun 2026. Çərşənbə axşamı

"Bu məni sevindirmir"


"Bu məni sevindirmir"

"Komo"nun baş məşqçisi Sesk Fabreqas komandada italiyalı futbolçuların sayının az olması ilə bağlı açıqlama verib.

90deqiqe.Az-ın məlumata görə, ispaniyalı mütəxəssis bildirib ki, bu vəziyyət onu qane etmir, lakin transfer bazarındakı seçimlər məhdud olub.

"Bu məni sevindirmir. B Seriyasında komandamızın 95 faizi italiyalılardan ibarət idi və çempion olmuşduq. Hazırda uyğun futbolçular tapmaq mümkün olmadı, amma özümü İtaliya futbolunun bir hissəsi kimi hiss edirəm və onun inkişafına töhfə vermək istəyirəm", - deyə Fabreqas bildirib.

Qeyd edək ki, "Komo" ötən mövsüm A Seriyasını 4-cü pillədə başa vuraraq tarixində ilk dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.

İtaliya təmsilçisinin heyətində hazırda yalnız iki futbolçu İtaliya pasportuna malikdir və onlardan biri ötən mövsüm bir dəfə də olsun meydana çıxmayıb.







İtaliya S.A.

"Bu məni sevindirmir"
  • İtaliya S.A.
  • 22:30 08.06.2026
"Bu məni sevindirmir"
"Zədənin əvvəlində qorxmuşdum"
  • İtaliya S.A.
  • 22:22 08.06.2026
"Zədənin əvvəlində qorxmuşdum"
"Dörd-beş ay zədə ilə oynadım"
  • İtaliya S.A.
  • 14:38 06.06.2026
"Dörd-beş ay zədə ilə oynadım"