- İtaliya S.A.
- 23:25 08.06.2026
İtaliyanın “Avellino” klubu baş məşqçi postuna Alessandro Nestanı gətirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 50 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. Sözləşmə 2028-ci ilin yayına qədər qüvvədə olacaq.
Bu təyinat gözlənilən sayılırdı, belə ki, klub prezidenti daha əvvəl bu qərarı açıqlamışdı.
Qeyd edək ki, “Avellino” İtaliya B Seriyasında çıxış edir və ötən mövsümü turnir cədvəlində 8-ci pillədə başa vurub.
Alessandro Nesta son olaraq “Monza” klubunda baş məşqçi kimi çalışıb və oradan ayrıldıqdan sonra bir il işsiz qalıb.
Xatırladaq ki, sabiq futbolçu məşqçilik karyerası ərzində bir neçə klubda da çalışıb.