- İtaliya S.A.
- 22:30 09.06.2026
İtaliyanın “Atalanta” klubu komandanın baş məşqçisi Raffaele Palladino ilə yollarını ayırıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Berqamo təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Palladino ilə yanaşı, onun məşqçilər korpusu da vəzifəsindən azad olunub.
42 yaşlı mütəxəssis “Atalanta”ya bir ildən az müddət rəhbərlik edib. O, 2025-ci ilin noyabrında komandanın sükanı arxasında uğursuz çıxış edən xorvatiyalı İvan Yuriçi əvəzləmişdi.
Palladinonun rəhbərliyi altında “Atalanta” İtaliya çempionatını yeddinci pillədə başa vurub və bununla UEFA Konfrans Liqasına vəsiqə qazanıb.
Komanda UEFA Çempionlar Liqasında isə 1/8 final mərhələsində Almaniyanın “Bavariya” klubuna böyük hesablı məğlubiyyətlə üzləşərək mübarizəni dayandırıb.