- İtaliya S.A.
- 22:30 11.06.2026
“Yuventus” klubunun baş icraçı direktoru Damyen Komolli ilə yollarını ayırmaq barədə qərar qəbul etdiyi bildirilir.
90deqiqe.Az xəbər verir ki, rəsmi açıqlamanın yaxın vaxtlarda verilməsi gözlənilir.
Qərar bir sıra daxili müzakirələrdən sonra qəbul olunub. Beləliklə, Komolli “Yuventus”dakı fəaliyyətini cəmi bir il sonra başa vurur və baş məşqçi Lusiano Spaletti ilə əməkdaşlıq qura bilməyib.
Fransalı funksioner ötən yay klubun strukturunda əsas fiqurlardan biri kimi gətirilmişdi, lakin tərəflər arasındakı əməkdaşlıq vaxtından əvvəl başa çatıb.
Hazırda “Yuventus” yeni rəhbər axtarışına başlayıb. Boşalan vəzifə üçün əsas namizədlərdən biri “Sassuolo” klubunda uğurlu fəaliyyəti ilə tanınan Covanni Karnevali göstərilir.