3 avqust 2026. Bazar ertəsi

Akvilani “Sassuolo”ya baş məşqçi təyin olundu


Akvilani “Sassuolo”ya baş məşqçi təyin olundu

İtaliya A Seriyasında çıxış edən “Sassuolo” klubuna yeni baş məşqçi təyin olunub.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

Komandanı bundan sonra 41 yaşlı Alberto Akvilani çalışdıracaq. Bu, mütəxəssis üçün kluba qayıdışdır — o, 2017-ci ildə altı ay icarə əsasında “Sassuolo”nun heyətində çıxış edib.

Klubun açıqlamasında qeyd olunub:

“Klub Albertoya səmimi salamlarını çatdırır və ‘Sassuolo’da yeni mərhələsinin başlanğıcında ona uğurlar arzulayır”.

Qeyd edək ki, “Sassuolo” ötən mövsümü İtaliya A Seriyasında turnir cədvəlinin 11-ci pilləsində başa vurub. Yeni mövsümün ilk turunda komanda səfərdə “Atalanta” ilə qarşılaşacaq.







İtaliya S.A.

"Roma" Uelsdə darmadağın oldu
  • İtaliya S.A.
  • 22:48 01.08.2026
"Roma" Uelsdə darmadağın oldu
Maradonanın komandası 100 yaşında
  • İtaliya S.A.
  • 22:26 01.08.2026
Maradonanın komandası 100 yaşında