3 avqust 2026. Bazar ertəsi

Dibala “Roma” ilə yeni müqaviləyə yaxındır


Dibala “Roma” ilə yeni müqaviləyə yaxındır

Hücumçu Paulo Dibalanın “Roma” ilə yeni müqavilə imzalamağa yaxın olduğu bildirilir.

90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist Matteo Moretto sosial şəbəkə hesabında məlumat yayıb.

O 32 yaşlı futbolçunun karyerasını “Roma”da davam etdirmək qərarına gəldiyini və tərəflər arasında yaxın günlərdə yeni müqavilə imzalanacağını qeyd edib.

 Paulo Dibala 2022-ci ilin yayında “Roma”ya transfer olunub. Bu müddət ərzində o, İtaliya klubunun heyətində 140 oyuna çıxaraq 45 qol vurub və 30 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı argentinalı futbolçunun dəyərini 5 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, “Roma” ötən mövsümü İtaliya A Seriyasında üçüncü pillədə başa vuraraq UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.







İtaliya S.A.

"Roma" Uelsdə darmadağın oldu
  • İtaliya S.A.
  • 22:48 01.08.2026
"Roma" Uelsdə darmadağın oldu
Maradonanın komandası 100 yaşında
  • İtaliya S.A.
  • 22:26 01.08.2026
Maradonanın komandası 100 yaşında