- İtaliya S.A.
- 22:51 14.06.2026
Argentina millisinin futbolçusu Paulo Dibala yaxın gələcəyi ilə bağlı fikirlərini bölüşüb və “Roma”da keçirdiyi dörd ildən sonra bütün variantları nəzərdən keçirməyə hazır olduğunu bildirib.
90deqiqe.Az xəbər verir ki, "derbyderbyderby.it" təcrübəli futbolçunun dediklərini belə çatdırıb.
“Görək nə baş verəcək. Hazırda bütün klublar mənim üçün mümkün variantdır. Ayın sonuna qədər ‘Roma’nın futbolçusuyam və kluba hörmət əlaməti olaraq gələcəyim barədə çox danışmaq istəmirəm”, - deyə Dibala bildirib.
Xatırladaq ki, Dibala “Roma”dan əvvəl yeddi il Turin “Yuventus”unda çıxış edib. O, hazırda keçirilən dünya çempionatı üçün Argentina millisinin heyətinə daxil edilməyib.