16 iyun 2026. Çərşənbə axşamı

Ruben Amorim “Milan”ın baş məşqçisi təyin olunub


Ruben Amorim “Milan”ın baş məşqçisi təyin olunub

“Milan” rəhbərliyi Ruben Amorimi komandanın baş məşqçisi vəzifəsinə gətirib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Biz Rubenin fəaliyyətini illərdir izləyirdik. Onun “Sportinq”də gördüyü iş bizdə böyük təəssürat yaratdı və axtardığımız oyun üslubunu tam şəkildə əks etdirir. O, Avropanın yeni nəsil məşqçiləri arasında ən hazırlıqlı və yenilikçi mütəxəssislərdən biridir. Gənc, iddialı və müasir futbol baxışına malik olan Ruben topa nəzarətə əsaslanan oyun, müasir pressinq sistemi və aydın taktiki yanaşması ilə seçilir”, – deyə klubun sahibi olan sərmayə şirkətinin rəhbəri Cerri Kardinale bildirib.

Qeyd edək ki, sözügedən sərmayə şirkəti İtaliyanın “Milan” futbol klubunun sahibidir.

Ruben Amorim daha əvvəl İngiltərənin “Mançester Yunayted” komandasına rəhbərlik edib. O, 2026-cı il yanvarın 5-də həmin vəzifədən ayrılıb.







İtaliya S.A.