- İtaliya S.A.
- 21:46 16.06.2026
“Milan”ın yeni baş məşqçisi Ruben Amorim komandaya təyin olunması ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, çalışdırıcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.
“Karyera boyu insanın qəlbində yaşayan arzular olur və “Milan”ın baş məşqçisi olmaq da mənim üçün həmişə həmin arzular sırasında yer alıb. Bu klubun nə ifadə etdiyini çox yaxşı bilirəm: zəngin tarix, böyük nüfuz və dünyanın hər yerində milyonlarla azarkeşin sevgisi.
Bu, böyük qürur və həvəslə qəbul etdiyim bir çağırışdır. Bu rənglərin nə məna daşıdığını tam dərk edirəm. İşə başlamağı və hər gün “Milan”ı irəli aparan ehtirası yaxından hiss etməyi səbirsizliklə gözləyirəm”, – deyə Ruben Amorim bildirib.
Qeyd edək ki, İtaliya klubu mütəxəssislə müqavilə imzalandığını iyunun 16-da rəsmən açıqlayıb.