2 avqust 2026. Bazar günü

"İnter" Kristian Kivu ilə yeni müqavilə imzalamağa hazırlaşır


"İnter" Kristian Kivu ilə yeni müqavilə imzalamağa hazırlaşır

İtaliyanın "İnter" klubu baş məşqçi Kristian Kivu ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Məlumata görə, Milan təmsilçisinin rəhbərliyi son günlərdə rumin mütəxəssisin agenti Pyetro Kyodi ilə bir neçə görüş keçirib. Tərəflər arasında əsas müzakirə mövzusu Kivunun müqaviləsinin mümkün qədər tez uzadılması olub.

Qeyd edək ki, Kristian Kivu 2025-ci ilin iyununda "İnter"in baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında Milan klubu 2025/26 mövsümündə həm İtaliya A Seriyasının, həm də ölkə kubokunun qalibi olub.

Xatırladaq ki, rumin mütəxəssis 2018–2024-cü illərdə "İnter"in müxtəlif yaş qruplarında çalışıb, 2007–2014-cü illərdə isə klubun futbolçusu kimi çıxış edib.







İtaliya S.A.

"Roma" Uelsdə darmadağın oldu
  • İtaliya S.A.
  • 22:48 01.08.2026
"Roma" Uelsdə darmadağın oldu
Maradonanın komandası 100 yaşında
  • İtaliya S.A.
  • 22:26 01.08.2026
Maradonanın komandası 100 yaşında