- İtaliya S.A.
- 22:36 18.06.2026
İspaniyalı yarımmüdafiəçi Serxi Roberto İtaliyanın "Komo" klubu ilə yollarını ayırdığını rəsmən açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, təcrübəli futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Komo" həmişə həyatımın və karyeramın çox önəmli bir hissəsi olaraq qalacaq. Bu klubdan böyük minnətdarlıq hissi ilə ayrılıram və onun qarşıda parlaq gələcəyinin olduğuna inanıram", - deyə Roberto bildirib.
Qeyd edək ki, 33 yaşlı futbolçu 2024-cü ildən "Komo"nun formasını geyinirdi. "Barselona" akademiyasının yetirməsi İtaliya təmsilçisinin heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Sesk Fabreqasın rəhbərlik etdiyi "Komo" ötən mövsüm A Seriyasını dördüncü pillədə başa vurub. Komanda növbəti mövsümdə tarixində ilk dəfə UEFA Çempionlar Liqasında çıxış edəcək.