19 iyun 2026. Cümə

"İnter" Kristian Kivu ilə müqaviləni uzatdı


"İnter" Kristian Kivu ilə müqaviləni uzatdı

İtaliyanın "İnter" klubu baş məşqçi Kristian Kivu ilə yeni müqavilə imzaladığını rəsmən açıqlayıb.

90deqiqe.Az  xəbər verir ki, rumıniyalı mütəxəssisin müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər uzadılıb.

Yerli KİV-in məlumatına görə, yeni anlaşmada müqavilənin daha bir il - 2029-cu ilə qədər uzadılmasına imkan verən bənd də yer alıb. Kivunun illik əməkhaqqının isə dörd milyon avro olduğu bildirilir.

45 yaşlı çalışdırıcının əvvəlki müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulmuşdu.

Kristian Kivu 2025-ci ilin iyununda "İnter"in baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında Milan klubu İtaliya çempionu olub və ölkə kubokunu qazanıb.

Qeyd edək ki, Kivu məşqçilik karyerası ərzində "Parma"nı, eləcə də "İnter"in müxtəlif yaş qrupları üzrə komandalarını çalışdırıb.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı