27 iyun 2026. Şənbə

"Napoli"nin yeni baş məşqçisindən De Bruyne qərarı


"Napoli"nin yeni baş məşqçisindən De Bruyne qərarı

"Napoli"nin gələcək baş məşqçisi Massimiliano Alleqrinin komandanın təcrübəli futbolçularından biri olan Kevin de Bruyne ilə bağlı mövqeyi məlum olub.

90deqiqe.Az-ın məlumatına görə, italiyalı mütəxəssis belçikalı yarımmüdafiəçini komanda üçün vacib fiqur hesab edir və onun heyətdə qalmasını istəyir.

Futbolçunun özü isə gələcəyi ilə bağlı qərar verməyə tələsmir. Bildirilir ki, Kevin de Bruyne hazırda diqqətini dünya çempionatına yönəldib. O, turnir başa çatdıqdan sonra Alleqri ilə görüşərək komandadakı rolu barədə ətraflı müzakirə aparmağı planlaşdırır.

Xatırladaq ki, bir neçə həftə əvvəl tanınmış insayder Fabritsio Romano Antonio Kontenin gedişindən sonra Massimiliano Alleqrinin "Napoli"nin baş məşqçisi olacağını təsdiqləmişdi.

Qeyd edək ki, Alleqri daha əvvəl İtaliya futbolunun aparıcı klublarından olan "Milan" və "Yuventus"a rəhbərlik edib.







İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı