29 iyun 2026. Bazar ertəsi

"Yuventus"dan Kolo-Muani açıqlaması


"Yuventus"dan Kolo-Muani açıqlaması

"Yuventus"un baş icraçı direktoru Covanni Karnevali Randal Kolo-Muaninin transferi ilə bağlı danışıqların davam etdiyini təsdiqləyib.

90deqiqe.Az xəbər verir ki, klub rəsmisi bu barədə açıqlamasında Fransa təmsilçisi ilə birbaşa təmasların bərpa olunduğunu bildirib.

"Randal Kolo-Muani ilə bağlı PSJ ilə danışıqlar aparırıq. Fransa klubu ilə birbaşa təmasları yenidən bərpa etmişik. Belə transferləri reallaşdırmaq heç vaxt asan olmur, amma bu istiqamətdə işimizi davam etdiririk", – deyə Karnevali bildirib.

Xatırladaq ki, Randal Kolo-Muani 2024/2025 mövsümünün ikinci yarısında icarə əsasında "Yuventus"un formasını geyinib. Hücumçu ötən mövsümü isə icarə əsasında "Tottenhem"də keçirib.

Qeyd edək ki, 27 yaşlı fransalı futbolçunun transfer dəyəri hazırda 20 milyon avro qiymətləndirilir.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı