30 iyun 2026. Çərşənbə axşamı

Spinatssola "Napoli" ilə yeni müqavilə imzaladı


Spinatssola "Napoli" ilə yeni müqavilə imzaladı

"Napoli" Leonardo Spinatssola ilə müqavilənin müddətini uzadıb.

90deqiqe.Az xəbər verir ki, İtaliya klubu təcrübəli müdafiəçi ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb.

Leonardo Spinatssolanın yeni sözləşməsi ilə bağlı razılıq əldə olunduğu barədə iyunun əvvəlində məlumat yayılmışdı. Tərəflər artıq anlaşmanı rəsmiləşdiriblər.

34 yaşlı futbolçu son iki mövsümdə "Napoli"nin heyətində 72 oyuna çıxıb. O, 2024/2025 mövsümündə komanda ilə birlikdə İtaliya çempionu olub. Neapol təmsilçisi ötən mövsümü ikinci pillədə başa vursa da, mövsümün sonunda baş məşqçi Antonio Konte ilə yollarını ayırıb.

Qeyd edək ki, Leonardo Spinatssola 2021-ci ildə İtaliya millisinin heyətində Avropa çempionu adını qazanıb.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı