18 iyul 2026. Şənbə

"Milan" Leau ilə bağlı yekun qərarı təxirə saldı


"Milan" Leau ilə bağlı yekun qərarı təxirə saldı

"Milan" hücumçusu Rafael Leaunun mümkün transferi ilə bağlı qərarını dünya çempionatından sonra verəcək.

90deqiqe.Az-ın “Sky”a istinadən məlumatına görə, İtaliya klubu portuqaliyalı futbolçunu 60-70 milyon avro arasında dəyərləndirir.

Məlumata görə, dünya çempionatı başa çatdıqdan sonra "Milan" rəhbərliyi Leaunun özü ilə görüş keçirərək gələcəyi ilə bağlı yekun qərarı birgə qəbul edəcək.

Daha əvvəl Rafael Leau karyerasında yeni mərhələyə başlamaq istədiyini və bunu İtaliyadan kənarda reallaşdırmağa üstünlük verdiyini açıqlamışdı.

Hazırda 27 yaşlı futbolçu Portuqaliya millisinin düşərgəsindədir. Komanda dünya çempionatının 1/16 finalında Xorvatiya yığması ilə qarşılaşmağa hazırlaşır.

Qeyd edək ki, Rafael Leaunun "Milan"la qüvvədə olan müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.







İtaliya S.A.

"Meydanda aqressiv futbol oynayıram"
  • İtaliya S.A.
  • 22:48 11.07.2026
"Meydanda aqressiv futbol oynayıram"
Kənan Yıldız əməliyyat oluna bilər
  • İtaliya S.A.
  • 23:09 10.07.2026
Kənan Yıldız əməliyyat oluna bilər