- İtaliya S.A.
- 22:28 02.07.2026
"Мilan" rəhbərliyi yeni baş məşqçi Ruben Amorimin iştirakı ilə komandanın gələcəyi ilə bağlı bir sıra görüşlər keçirib.
90deqiqe.Az-ın “Football Italia”ya istinadən məlumatına görə, iclaslarda heyətin gələcək planları müzakirə olunub və bir neçə futbolçunun taleyinə aydınlıq gətirilib.
Məlumata görə, klub rəhbərliyi yarımmüdafiəçi Ardon Yaşari və hücumçu Françesko Kamardaya uzunmüddətli planlarda yer aldıqlarını bildirib. Eyni zamanda yarımmüdafiəçilər Yussuf Fofana və Uorren Bondoya yay transfer dövründə komandadan ayrıla biləcəkləri barədə məlumat verilib.
Bildirilir ki, mütəmadi oyun praktikası qazansa da, Fofananın klubla münasibətləri arzuolunan səviyyədə olmayıb. Bondo isə ötən mövsümü icarə əsasında "Kremoneze"də keçirsə də, əsas heyətdə möhkəmlənə bilməyib.
Qeyd edək ki, Ardon Yaşari və Françesko Kamardanın "Milan"la müqavilələri 2028-ci ilə qədər qüvvədədir. Yaxın vaxtlarda hər iki futbolçuya yeni müqavilə təklif ediləcəyi gözlənilir.