- İtaliya S.A.
- 22:28 02.07.2026
Argentinalı futbolçu Paulo Dibalanın "Roma" ilə yeni müqavilə imzalaması gözlənilir.
90deqiqe.Az xəbər verir ki, paytaxt klubunun rəhbərliyi argentinalı hücumçunun yaxın vaxtlarda yeni sözləşməyə imza atacağına əmindir. Hazırda tərəflər arasında aparılan danışıqlar yekun mərhələyə çatıb.
Qeyd edək ki, Dibalanın "Roma" ilə əvvəlki müqaviləsinin müddəti 2026-cı il iyunun 30-da başa çatıb.
31 yaşlı hücumçu 2022-ci ildən Roma təmsilçisinin formasını geyinir. O, bu müddətdə bütün turnirlərdə 140 oyuna çıxaraq 45 qola imza atıb və 30 məhsuldar ötürmə ilə yadda qalıb.
Paulo Dibala karyerası ərzində "Palermo" və "Yuventus" klublarında da çıxış edib. Argentinalı futbolçu milli komandanın heyətində isə 40 oyunda forma geyinib.