- İtaliya S.A.
- 22:59 03.07.2026
İtaliyanın "Napoli" klubu əsas komandanın baş məşqçi postuna Massimiliano Alleqrinin təyin olunduğunu rəsmən açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssislə 2029-cu ilin yayına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanıb.
Massimiliano Alleqri üçün bu təyinat "Napoli"yə qayıdış xarakteri daşıyır. Belə ki, o, futbolçu karyerası ərzində 1997/1998-ci illər mövsümündə Neapol təmsilçisinin formasını geyinib. Məşqçilik fəaliyyətinə isə 2003/2004 mövsümündə başlayıb.
Qeyd edək ki, 57 yaşlı italiyalı mütəxəssis ötən mövsüm "Milan"a rəhbərlik edib. Onun çalışdırdığı komanda A Seriyasını beşinci pillədə başa vurub.