- İtaliya S.A.
- 22:59 03.07.2026
"Мilan"ın və Fransa millisinin qapıçısı Mayk Menyan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, fransalı qolkiperin transferində "Çelsi" maraqlıdır. London klubu yay transfer pəncərəsinin əvvəlində də Menyanı heyətinə qatmaq istəmişdi və indi bu marağını yenidən aktivləşdirib.
Qeyd olunur ki, Mayk Menyan da "Stemford Bric"ə keçməkdə israrlıdır və transferin reallaşması üçün əlindən gələni edir.
Fransalı qapıçı 2021-ci ildə "Lill"dən 16 milyon avro qarşılığında "Milan"a transfer olunub. Onun İtaliya klubu ilə müqaviləsinin müddəti 2031-ci il iyunun 30-dək nəzərdə tutulub.
Mayk Menyan 2025/26 mövsümündə bütün turnirlərdə 41 oyunda meydana çıxıb. O, bu qarşılaşmalarda 38 qol buraxıb, 16 matçda isə qapısını toxunulmaz saxlayıb.