8 iyul 2026. Çərşənbə

"Yuventus" Kolo-Muaninin transferi üçün danışıqları davam etdirir


"Yuventus" Kolo-Muaninin transferi üçün danışıqları davam etdirir

"Yuventus" klubunun baş direktoru Covanni Karnevali hücumçu Randal Kolo-Muaninin PSJ-dən mümkün keçidi ilə bağlı vəziyyəti açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, "Football Italia" onun dediklərini belə çatdırıb.

"Kolo-Muani ilə bağlı tələblər dəyişməyib və biz təklifimizi artırmamışıq. Lakin bu məsələ üzərində fəal şəkildə çalışmağa davam edirik", – deyə Karnevalinin sözlərini "Football Italia" yayıb.

"Yuventus"un baş direktoru klubun yalnız Kolo-Muani variantı üzərində dayanmadığını da bildirib.

Məlumata görə, Turin klubu fransalı futbolçu üçün ümumi məbləği təxminən 33 milyon avro təşkil edən, sonradan satınalma şərti ilə icarə təklifi göndərib. Lakin PSJ bu təklifi rədd edib və futbolçu üçün 40 milyon avro tələb edib.

Qeyd edək ki, Turin təmsilçisi iyunun 30-da klubla müqaviləsi başa çatan Duşan Vlahoviçi əvəzləmək üçün hücumçu axtarışındadır.

Randal Kolo-Muani 2024/25 mövsümünün ikinci yarısında icarə əsasında "Yuventus"da çıxış edib. O, İtaliya çempionatında 16 oyunda meydana çıxaraq səkkiz qol vurub.







İtaliya S.A.

Menyan "Çelsi"yə keçə bilər
  • İtaliya S.A.
  • 22:59 03.07.2026
Menyan "Çelsi"yə keçə bilər
"Roma" Dibalanı komandada saxlayır
  • İtaliya S.A.
  • 22:28 02.07.2026
"Roma" Dibalanı komandada saxlayır
"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması