- İtaliya S.A.
- 23:45 08.07.2026
"Milan"ın yeni baş məşqçisi Ruben Amorim komandanın yarımmüdafiəçisi Luka Modriçin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis xorvatiyalı futbolçunun yeni mövsümdə də "rossoneri"nin heyətində qalmasını istədiyini bildirib.
"Mən Modriçin "Milan"da qalmasını istəyirəm. Luka ilə danışmışam. Lazım olsa, onun arxasınca şəxsən gedəcəyəm. İstəyirəm ki, Modriç yeni mövsümdə bizimlə olsun", - deyə Amorimin sözlərini məşhur jurnalist Fabritsio Romano yayıb.
Qeyd edək ki, Luka Modriç 2025-ci ilin yayında azad agent kimi Madrid "Real"ından "Milan"a keçib. Futbolçunun müqaviləsinin müddəti iyunun 30-da başa çatsa da, anlaşmada daha bir mövsüm uzadılma bəndi yer alır.
39 yaşlı yarımmüdafiəçi 2025/26 mövsümündə "Milan"ın heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, iki qol vurub və üç məhsuldar ötürmə edib.