- İtaliya S.A.
- 23:45 08.07.2026
İdman saxtakarlığında şübhəli bilinən Canluka Rokki ilə bağlı istintaq prosesi başa çatmaq üzrədir.
90deqiqe.Az-ın “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, İtaliya çempionatında hakim təyinatlarına rəhbərlik edən şəxslə bağlı iş sübutların kifayət qədər olmaması səbəbindən bağlana bilər.
Araşdırmaya Milan prokurorunun qərarı ilə aprelin 25-də başlanılıb. İstintaq son mövsümlərdə hakim təyinatları ilə bağlı epizodları araşdırıb. Həmçinin bəzi klubların, o cümlədən "İnter"in istəyinə uyğun olaraq müəyyən hakimlərin seçilib-seçilməməsi məsələsi də diqqət mərkəzində olub.
Bildirilib ki, Canluka Rokki ilə "İnter" nümayəndələri arasında hər hansı birbaşa əlaqə müəyyən edilməyib. Milan klubu və onun əməkdaşları da araşdırmada şübhəli şəxs qismində iştirak etmir.