10 iyul 2026. Cümə

"Leau belə davam etsə, fərq yarada bilməz"


"Leau belə davam etsə, fərq yarada bilməz"

"Milan"ın sabiq futbolçusu Paolo Di Canio "rossonerilər"in və Portuqaliya millisinin hücumçusu Rafael Leau ilə bağlı tənqidi fikirlər səsləndirib.

90deqiqe.Az xəbər verir ki, italiyalı keçmiş futbolçu 26 yaşlı futbolçunun diqqətini futboldan kənar fəaliyyətlərə çox yönəltdiyini iddia edib.

"Leau yalnız moda nümayişləri və rep barədə düşünür. Saatlarla səsyazma studiyasında keçirdiyin vaxtda nə qədər enerji itirilir? Bundan sonra mövsüm ərzində 45 oyunda necə fərq yarada bilərsən?" 

Onun sözlərinə görə, portuqaliyalı vinger "Milan"ın yeni baş məşqçisi Ruben Amorimlə də uyğunlaşmaqda çətinlik çəkəcək.

Qeyd edək ki, Rafael Leau ötən mövsüm İtaliya çempionatında 9 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun "Milan"la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.







İtaliya S.A.

Menyan "Çelsi"yə keçə bilər
  • İtaliya S.A.
  • 22:59 03.07.2026
Menyan "Çelsi"yə keçə bilər
"Roma" Dibalanı komandada saxlayır
  • İtaliya S.A.
  • 22:28 02.07.2026
"Roma" Dibalanı komandada saxlayır