11 iyul 2026. Şənbə

"Milan" heyətini Mario Xila ilə gücləndirdi


"Milan" heyətini Mario Xila ilə gücləndirdi

"Milan" müdafiəçi Mario Xilanın transferini rəsmən açıqlayıb.

90deqiqe.Az  klubun rəsmi saytına istinadla xəbər verir ki, 25 yaşlı ispaniyalı futbolçu "Latsio"dan transfer olunub. O, Milan təmsilçisi ilə 2031-ci ilin ortalarınadək nəzərdə tutulan müqavilə imzalayıb.

Mario Xila yeni komandasında da əvvəlki klubunda olduğu kimi 34 nömrəli formanı geyinəcək.

İspaniyalı mərkəz müdafiəçisi karyerası ərzində "Real"ın gənclər akademiyasında yetişib və 2022-ci ilin yazında Madrid klubunun əsas komandasında iki oyunda forma geyinib.

Qeyd edək ki, "Milan"a bu yaxınlarda baş məşqçi təyin olunan Ruben Amorimin rəhbərliyi altında komanda 2026/2027 mövsümündə Avropa Liqasında mübarizə aparacaq.







İtaliya S.A.

Kənan Yıldız əməliyyat oluna bilər
  • İtaliya S.A.
  • 23:09 10.07.2026
Kənan Yıldız əməliyyat oluna bilər
Menyan "Çelsi"yə keçə bilər
  • İtaliya S.A.
  • 22:59 03.07.2026
Menyan "Çelsi"yə keçə bilər