- İtaliya S.A.
- 22:48 11.07.2026
İtaliyalı hücumçu Mario Balotelli A Seriyasında hazırda öz səviyyəsində forvardın olmadığını iddia edib.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli futbolçu İtaliya çempionatında keyfiyyət baxımından onu üstələyən hücumçu görmədiyini bildirib.
"Əgər söhbət sırf futbol keyfiyyətindən gedirsə, hazırda İtaliyada məndən daha yüksək səviyyəli hücumçu görmürəm. Güclü futbolçular var, amma onların oyun üslubu tamamilə fərqlidir", – deyə Mario Balotelli bildirib.
Qeyd edək ki, Mario Balotelli bir ay sonra 36 yaşını qeyd edəcək. O, karyerası ərzində İtaliyada "İnter" və "Milan"ın, İngiltərədə isə "Mançester Siti" və "Liverpul"un formasını geyinib. Təcrübəli hücumçu hazırda Birləşmiş Ərəb Əmirlikləri çempionatında çıxış edir.