12 iyul 2026. Bazar günü

"Meydanda aqressiv futbol oynayıram"


"Meydanda aqressiv futbol oynayıram"

"Milan"ın yeni transferi Mario Xila komandasında uğur qazanmaq üçün mübarizədən heç vaxt çəkinmədiyini bildirib.

90deqiqe.Az-ın məlumatına görə, "Latsio"dan transfer olunan ispaniyalı müdafiəçi karyerasının çətin mərhələlərindən danışaraq meydanda aqressiv oyun üslubuna üstünlük verdiyini vurğulayıb.

"Çətinliklər yaşadım. Uzun müddət əsas heyətə düşə bilmirdim. "Real Madrid"dən gələndə düşünürsən ki, mütləq oynayacaqsan. Sonra isə anlayırsan ki, A Seriyası da çox yüksək səviyyəli çempionatdır və burada forma qazanmaq heç də asan deyil. Amma mən heç vaxt təslim olmadım. Meydanda aqressiv futbol oynamağı sevirəm", – deyə Mario Xila bildirib.

Qeyd edək ki, "Milan" ötən mövsümü İtaliya A Seriyasında beşinci pillədə başa vurub.







İtaliya S.A.

"Meydanda aqressiv futbol oynayıram"
  • İtaliya S.A.
  • 22:48 11.07.2026
"Meydanda aqressiv futbol oynayıram"
Kənan Yıldız əməliyyat oluna bilər
  • İtaliya S.A.
  • 23:09 10.07.2026
Kənan Yıldız əməliyyat oluna bilər